!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mariupol: Rusiyaya dirənişin RƏMZİ - 2,5 min nəfər itki verən şəhər inadla döyüşür

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüz edən Rusiyanın ilkin hədəflərindən biri olan Mariupol şəhəri işğalçılara mərdliklə müqavimət göstərir.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Rusiya təcavüzünün davam etdiyi 18 gün ərzində Mariupolda 2,5 min sakin həlak olub, şəhər, demək olar, tamamilə dağıdılıb.

“Telekanal Rada”nın canlı efirində danışan Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, Rusiya komandanlığı ardıcıl hücumların dəf edildiyi Mariupolu işğal planından əl çəkmir və bu səbəbdən şəhəri müntəzəm raket-artilleriya atəşinə tutur.

Lakin Mariupolun işğalçılara müqaviməti fonunda dinc əhali arasında həlak olanların sayı artıq 2,5 min nəfərə çatıb, infrastruktur bütünlüklə sıradan çıxarılıb.

“Hazırda Mariupolda və şəhər kənarında vəziyyət çox gərgindir. Ruslar şəhəri, az qala, yer üzündən silməkdədirlər. Ancaq bizim hərbçilərimiz də onlara qarşı müəyyən uğur əldə ediblər. Onlar dünən Rusiya zirehli tank qoşunlarının müdafəni yarmaq cəhdlərinin qarşısını alıblar. Bu zaman xeyli əsir götürülüb.

Ancaq bunun qarşılığında ruslar şəhəri dağıdırlar, həlak olanların sayı artıq 2,5 mindən çoxdur. Bu, dünyanın müvafiq qiymət verdiyi böyük fəlakətdir”.

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv