!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mariupoldakı müqavimət Rusiyanın işini bütün istiqamətlərdə çətinləşdirib”- Böyük Britaniya kəşfiyyatı

!Reklam – Yazi

“Ukrayna qüvvələrinin Mariupolda təşkil etdikləri müqavimət Rusiya qoşunlarına bütün əməliyyat zonalarında böyük problemlər yaradır”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının bu gün yayımladığı məlumatda Rusiya komandanlığının Mariupoldakı vəziyyətlə bağlı ciddi narahatlıq keçirdiyi bildirilib.

Qeyd olunub ki, Rusiya ikinci Çeçenistan və Suriya müharibələrində olduğu kimi Ukraynada da mülki infrastrukturu hədəfə alıb:

“Rusiya komandanlığı Mariupolun nə zaman ələ keçiriləcəyi ilə bağlı çox narahatdır. Ukraynalıların qətiyyətli müqaviməti Rusiya qoşunları üçün ciddi sınağa çevrilməklə yanaşı, bu istiqamətə əlavə canlı qüvvə və silah-sursat cəlb olunması zərurətini doğurub, həmçinin ordunun digər istiqamətlərdə irəliləməsini əngəlləyir.

Müdafiə Nazirliyinin şəhərləri və dinc əhalini atəşə tutmayacağına dair 24 fevral bəyanatına baxmayaraq, Rusiya ikinci Çeçenistan və Suriya müharibələrində olduğu kimi Ukraynada da mülki infrastrukturu hədəfə alıb”.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv