!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marketlərdə QİYMƏT KƏLƏYİ: “Vitrin və kassa qiyməti fərqlidirsə...” – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycanda marketlərdə vitrin və kassa qiymətlərindəki fərqə görə müraciətlər rekord həddə çatıb. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yayıb.

Məsələ ilə bağlı Yenicag.az-a danışan marketoloq Səfər Aslanov şəbəkə marketlərində vitrin və kassa qiymətlərindəki fərqin bilərəkdən edilmədiyini bildirib:

“Şəbəkə marketlərində vitrin və kassa qiymətlərindəki fərq bilərəkdən edilmir. Ola bilsin ki, məhsulun qiyməti sistemdə dəyişir, lakin fiziki olaraq çatdırıb əvvəlki qiymət yenilənmir. Yəni bu, əsasən marketdə miskommunikasiya baş verdiyi zaman müşahidə edilir.

Əgər götürdüyümüz məhsulun vitrindəki qiyməti ilə kassadakı fərqlidirsə, bu zaman ən ucuzunun pulunu ödəməliyik. Məsələn, vitrində hər hansısa məhsulun üzərinə 4 manat yazılıb, amma kassada qiymətin 4 manat 50 qəpik olduğunu öyrənirik. Belə olduqda biz 4 manat ödəməliyik. Bəzən isə məhsulu alıb evə apardıqdan sonra onun çekinə baxdıqda vitrin qiyməti ilə çekdəki qiymətin üst-üstə düşmədiyini görürük. Bu zaman çeki məhsulu aldığımız mağazaya aparıb vitrindəki qiymətlə çekdəki qiymətin uyğun olmadığını bildirə və qiymət fərqini geri ala bilərik”.

Sadiq Cavadov

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv