!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marneulidə "Aktual Media Məktəb" III Jurnalistika kurslarının təqdimat mərasimi baş tutdu - FOTO

!Reklam – Yazi

19 İyul Marneulidə yerləşən “Azərbaycan Evi”ndə QHT “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual Media Məktəb”in III Jurnalistika Kurslarının təqdimat mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, açılış mərasimində Gürcüstan Parlamentinin deputatları – Tariyel Nakaidze, Qoqi Meşveliani, Parlamentin sabiq deputatı Ruslan Hacıyev, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, müxalif “Vahid Milli Hərəkat”ın deputatı Nərgiz Əliyeva, Bələdiyyə Məclisinin üzvləri Adil Əliyev, Ceyhun Çovdarov, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Sənan Baxşıyev, Türkiyənin Gürcüstandakı Səfirliyinin nümayəndəsi Ali İhsan Akbaş, TİKA-nın Tbilisi Koordinatoru Tuba Özütok, Avropa Liberal Akademiya Tbilisi Fondunun rəhbəri Laşa Tuquşi, Beynəlxalq “Maarif” Məktəblərinin Marneuli Müdiri Fatma Çavuşlu, Tbilisi Yunus Emre Enstitüsünün nümayəndəsi Muhammed Sarıyev, müxalif “Strateqiya Ağmaşenebeli” partiyasının Marneuli nümayəndəsi Fuad Qəhramanov, GAİM-in icraçı direktoru Murad Muradov, “ADİK” Klinikasının rəhbəri Xatuna Parastaevi və tibbi müəssisənin professorları, məktəb direktorları, QHT rəhbərləri, ictimai fəallar, siyasətçilər, iş adamları, jurnalistlər və gənclər iştirak edib.

Ev sahibliyində çıxış edən “Aktual Media”nın təsisçisi və Baş direktoru İlkin Hüseynov “Aktual Media Məktəb”in fəaliyyətindən söz açıb və Gürcüstanda ilk dəfə ödənişsiz 3 aylıq Jurnalistika kurslarının təməli rəhbərlik etdiyi qurum tərəfindən qoyulduğunu vurğulayıb.

” 2021-ci ildə Aktual Medianın tərkibində Aktual Məktəb fəaliyyətə başladı və bu günə qədər ard-arda iki dəfə Jurnalistika kursları həyata keçirmişik, beləliklə 21 məzunumuz var və onlar bu gün müxtəlif sahələrdə çalışırlar həm media sektorunda, həmçinin də QHT, özəl sektor və s. İlk kurslarımızdan 10 nəfər məzun oldu, 2022-ci ildə başa vurduğumuz kurslardan isə 12 nəfər. Gənclərin yüksək maraqı və tələbi üzərinə üçüncüsünə başlayacağımız kurslarda artıq 23 iştirakçımız mövcuddur. Busəfər ki, kurslarımız daha fərqli və daha şahəli olacaqdır. Və inanırıq ki, yeni kursumuzun iştirakçılarının 24 məşğələdən ibarət təlimlərimizdən əldə edəcəkləri biliklər gələcək kariyeralarında böyük avantaj olacaqdır” , – deyən İlkin Hüseynov açılış mərasiminin keçirilməsində “ADİK” klinikasına, Marneuli Meqa Marketə – Anar Alekberova, iş adamı Anar Məmişova, Marneuli Buta Şirniyyat Evinə və üç ay davam edəcək təlimlər üçün “Azərbaycan Evi”ni təmənnasız gənclərə ayırdığı üçün Azərbaycan Dövlət Diaspora Komitəsinə və Diaspora Fonduna təşəkkür edib.

Daha sonra “Aktual Media” Baş produseri və “Aktual Media Məktəb”in Koordinatoru Natela Əlləzova media məktəbinin həyata keçirmiş kursları haqda təqdimat edib və gələcək kurslarda gəncləri nələr gözləyir, hansı təlimlərin olacağı barədə məlumat geniş məlumat verib. Ardınan kursun təlimçilərindən biri Azərbaycan İctimai Yayımçısının Gürcüstan müxbiri Səid Babazadə çıxış edib və gənclərə uğurlar arzulayıb.

Çıxış edən Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze bu kimi kursların Marneuli rayonunda təşkil edilməsindən böyük məmnunluğunu ifadə edib: “Gənclərin fəal olması, xüsusi ilə də jurnalistika sahəsində yetişməsi mühümdür və buradakı bütün gənclərə uğurlar arzulayıram”.

Parlamentin üzvü Qoqi Meşveliani də gənc jurnalistlərin yetişməsinin Gürcüstan üçün uğurlu olacağını söyləyib və gənclərə uğurlar arzulayıb.

Parlamentin müstəqil deputatı Tariyel Nakaidze isə Gürcüstan azərbaycanlılarının bütün sahələrdə olmasının gərəkdiyini qeyd edib: “Gürcüstan azərbaycanlıları ölkənin bütün sektorlarında aktiv olmalıdır, parlamentdə daxil olmaqla, yerliözünüidarəetmə orqanlarında, müxtəlif qurumlarda, QHT və əlbəttə ki, mediada. Bütün gənclərə uğurlar arzulayıram”.

Avropa Liberal Akademiya Tbilisi Fondunun rəhbəri Laşa Tuquşi də Marneulidə Jurnalistika kurslarının keçirilməsinin əhəmiyyətindən danışıb: “Jurnalistika və mülki fəallığ sahəsində etnik azlıqların aktiv olması mühümdür”.

Tədbirin sonunda “Aktual Media” tərəfindən “Aktual Media Məktəb” I və II-dən məzun olan Sevil Məmmədova, Fərizə Nəbiyeva, Elşanə Hüseynova və Natela Əlləzova çalışdıqları qurum və quruluşlarda uğurlu olduqları üçün təltif ediliblər.

“Aktual Media Məktəb”in III iştirakçılarına müxtəlif hədiyyələr və təlimlər boyunca istifadə edəcəkləri ləvazimatlar hədiyyə olunub. Ardınan sonra furşet süfrəsi açılıb.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv