!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Marş İrəli” layihəsinin 3-cü mövsümünə start verildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Marş İrəli” layihəsinin 3-cü mövsümünə start verilib.

Yenicag.az xəbər verir ki, əsas məqsədi Azərbaycan gəncliyində hərbi vətənpərvərlik ruhunun aşılanması, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə vermək olan “Marş İrəli” layihəsi 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda həyata keçiriləcək.

Əvvəlcə iştirakçılar Göygöl rayon Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra layihə iştirakçılarının andiçmə mərasimi baş tutub.

Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi, XTQ Baş Giziri, Vətən müharibəsi qazisi Mahir Məmmədov, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, həmçinin, bir sıra Vətən müharibəsi veteranları iştirak ediblər.

Layihənin açılışında çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, hərbi simulyasiya formatında keçirilən “Marş İrəli” layihəsinin indiyədək iki mövsümü uğurla həyata keçirilib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gəncin iştirak etdiyi diqqətə çatdırılıb.

Həmçinin, 44 günlük Vətən müharibəsində “İrəli” gənclərinin həm ön, həm də arxa cəbhədə xüsusi xidmətlər göstərdikləri qeyd olunub ki, bu gənclərin arasında vaxtilə “Marş İrəli” layihəsində iştirak edənlər də var. Bu da layihənin gənclər üçün əhəmiyyətini bir daha özündə ehtiva edir. Təşkilat tərəfindən bundan sonrada bu tipli tədbirlərin keçiriləcəyi vurğulanıb.

XTQ Baş Giziri – Vətən müharibəsi qazisi Mahir Məmmədov çıxış edərək, gəncləri bu layihəyə seçilmələri münasibətilə təbrik edib. İrəli gənclərinin ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini vurğulayan Mahir Məmmədov layihə iştirakçılarına uğurlar arzulayıb.

Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov çıxışında ötən il 44 günlük Vətən müharibəsində Göygöl gənclərinin həm ön, həm də arxa cəbhədə iştirak etdiklərini qeyd edib. Həmçinin, bu tipli layihələrin həyata keçirilməsinin gənclərdə ruh yüksəkliyi yaratdığı, vətənpərvərlik hissinin aşılanmasında böyük önəmi olduğu vurğulanıb.

Xatırladaq ki, açıq hava şəraitində, düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində yeddi gün müddətində ekstremal şəraitdə mübarizə aparacaq 100 nəfər gənc bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, həmçinin, müxtəlif mövzularda maarifləndirici təlim sessiyalarında iştirak edəcəklər.

Gənclərin layihədə iştirakı əsasında fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüş, seminar və simulyasiya oyunlarında gənclər öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Həmçinin, layihə boyunca hərbi hissəyə səfər və digər maraqlı tədbirlər də nəzərdə tutulur.

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv