!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Marsel"-"Qarabağ" matçı - Komandamız səfərdə məğlub oldu

!Reklam – Yazi

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Qitə kuboklarında mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Konfrans Liqasında pley-off matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Fransada “Marsel”in qonağı olub. Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qarabağ” adlı-sanlı rəqibi ilə səfər matçından məğlub ayrılıb.

Konfrans Liqasının qrupunda ikinci olan təmsilçimiz Avropa Liqasının üçüncüsü kimi bu turnirə yuvarlanan rəqibi ilə başabaş mübarizə aparsa da, bu, nəticədə öz əksini tapmayıb. “Velodrom” stadionundakı görüşdə ev sahibləri 2 top fərqilə qələbə qazanıb. Arkadiuş Milik fasilə ərəfəsində dubla imza atsa da, matçın sonlarında Kadi Borqes hesabı 1 topa endirib. Lakin əlavə olunmuş dəqiqələrdə Dimitri Paye “Marsel”in 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

***

00:40

Fransada “Marsel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, “Velodrom” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edir.

Qeyd edək ki, cavab görüşü fevralın 24-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv