!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masalıda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum oldu

!Reklam – Yazi

Masalı rayonunda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.

Report-un məlumatına görə, bunlar 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərovdur.

Onların yanmış meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Masallıda evdə yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 15-i saat 14:38-də FHN-in “112” qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb. Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv