!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallı sakinində qanunsuz odlu silah aşkarlandı

!Reklam – Yazi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qızılağac kənd sakini R.Əliyevdən qanunsuz olaraq saxladığı bir ədəd “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib. R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv