!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda bazarda başlayan dəhşətli yanğında XƏSARƏT ALANLAR VAR - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən Yenicag.az-a bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***

17:06
Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

Yenicag.az xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.

O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlərin yaranmasına səbəb olub.

“Çox güman ki, yanğın qəsdən törədilib”, – deyə o vurğulayıb./report

***

16:00

Masallıda bazarda dəhşətli yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı xəbər sosial şəbəkələrdə yayılıb.

Videonu təqdim edirik:

Malik

 

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv