Masallıda yaşayış evində ölümlə nəticələnən yanğın olub.
Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı ev sahibinin oglu, 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb(APA).