!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda dəhşət! Yeni doğulan körpə yanaraq öldü

!Reklam – Yazi

281724Masallıda yaşayış evində ölümlə nəticələnən yanğın olub.

Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibinin oglu, 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb(APA).

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv