!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda dəhşətli qətl: Qadın qonşusu tərəfindən öldürüldü

!Reklam – Yazi

Masallıda qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini Aidə Şəmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən yekunlaşdırılıb.

Aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Şəhriyar Tapdıqov əvvəlcədən planlaşdırdığı oğurluq cinayətini törətmək üçün həmin gün saat 10 radələrində heç kəsin olmadığını düşünərək Aidə Şəmmədovanın yaşadığı evə qanunsuz daxil olub otaqlarda axtarış apararkən evin dəhlizində qəflətən Aidə Şəmmədova ilə qarşılaşıb, törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə sonuncunun baş nahiyəsinə linglə bir neçə dəfə zərbə endirərək onu qəsdən öldürüb.

Şəhriyar Tapdıqova Cinayət Məcəlləsinin 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv