!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda fərdi yaşayış evində yanğın oldu

!Reklam – Yazi

Masallı rayonunda fərdi yaşayış evində yanğın olub.

Yenicag.az xəbər verir ki, yanğın Masallı şəhərində, 1986-cı il təvəllüdlü Maya Məhəmməd qızı Ağayevaya məxsus evdə qeydə alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 kvadratmetr sahədə yanıb.

İlkin məlumatda bildirilir ki, evin yanmasına səbəb odun sobasının alışmasıdır.

Qeyd edək ki, hazırda ana və 4 azyaşlı uşağın yaşadığı ev yaşayış üçün yararsız vəziyyətdədir. Ailə üzvləri müvəqqəti olaraq yaxın qohumlarının evinə yerləşiblər./Azertag/

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv