!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda pozuntulara yol verən sürücülər cərimələndi

!Reklam – Yazi

Masallıda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu məqsədlə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti nəzarət-profilaktiki tədbirlər təşkil olunub.

Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Yol polis əməkdaşları tərəfindən eyni zamanda ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı tələbləri pozan sürücü və sərnişinlər, idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikləri edənlər, avtomobili sürücülük hüququ olmadan idarə edənlər aşkarlanıb.

Hər birinə yol verdikləri qayda pozuntuları izah olunmaqla qanunamüvafiq tədbirlər görülüb. Yol hərəkətinin təhlükəsizliyinin təmini məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv