!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masazırda icazəsiz tikililərin ƏSAS HİMAYƏDARI: Şahlar Əsgərovun fəaliyyəti niyə araşdırılmır?

!Reklam – Yazi

Adı torpaq alqı-satqısında və müxtəlif qanunsuz tikintiləri himayə etməkdə hallanan Masazır qəsəbəsinin icra nümayəndəsi Şahlar Əsgərov barəsində hüquq müstəvisində heç bir tədbir görülməməsi ortaya xeyli suallar çıxarır.

Masazır qəsəbəsində tikilən sənədiz evlərlə bağlı ötən günlərdə dərc etdiyimiz materialda bildirilmişdi ki, həmin işlə məşğul olan maklerlərə Abşeron Rayon İcra Hakimiyyətindən “xeyir-dua” verilir və bu fəaliyyət qəsəbə icra nümayəndəliyinin “himayəsi” altında həyata keçirilir.

Hazırda sözügedən qəsəbənin müxtəlif ərazilərində sənədi olmayan yüzlərlə evin “gizli” tikintisinin davam etdirilməsinə baxmayaraq, aidiyyatı qurumlar bu qanunsuz əməllərə yanaşmada özlərini hələ də görməməzliyə vurmaqda davam edirlər. Masazırda sadəcə Abşeron Rayon İcra Hakimiyyəti və adıçəkilən qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərovla “anlaşa” bilməyən vətəndaşların başladıqları sənədsiz fərdi ev tikintilərinin qarşısı inanılmaz “qətiyyətlə” alınır.

Son illər Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ölkənin müxtəlif rayon və qəsəbələrində yüzlərlə qanunsuz tikintilərin qarşısını almasına baxmayaraq, Masazır qəsəbəsində vəziyyət tamam fərqlidir. Konkret desək, Masazırda qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərovun vasitəçiliyi ilə Abşeron Rayon İcra Hakimiyyətinin “icazə”sini al və rahatlıqla işini gör” prinsipi işləyir.

Əldə etdiyimiz informasiyaya görə, hazırda qəsəbədə fərdi yaşayış sahəsinin inşasına “icazə”nin məbləği bir mərtəbəli ev üçün 3 min, iki mərtəbəli ev üçün isə 5 min manat təşkil edir. Xüsusi olaraq qeyd edək ki, son illər Masazırda sənədsiz tikinti işləri ən çox qəsəbədəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində həyata keçirilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin gizli satışı və orada tikinti işləri aparılmasına “icazə”nin isə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bilməyən yoxdur.

Yenicag.az-a daxil olan məlumata əsasən, Masazırda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin gizli satışından və tikintisindən faydalanaraq inanılmaz dərəcədə varlandığı iddia edilən yerli məmurların başında qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərov dayanır. Ölkə mətbuatında adı torpaq alqı-satqısında və müxtəlif qanunsuz tikintiləri himayə etməkdə hallanan Şahlar Əsgərov haqqında nədənsə, hüquq müstəvisində heç bir tədbir görülmür.

Hüquq-mühafizə orqanları Masazırda kənd təsərrüfatı təyinatlı torpaq sahələrində sənədsiz tikinti işlərinin aparılmasında qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərovun rolunu araşdırarsa, o zaman ortaya çox ciddi faktların çıxacağı şübhə doğurmur.

Xatırladaq ki, ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə açılmış cinayət işi üzrə həbs edilib. Əli Həsənovun həbs edilməsinin səbəbi onun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin verilməsi müqabilində çoxsaylı vətəndaşlardan rüşvət alması göstərilib.

www.yenicag.az

1046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv