!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşın ağaca çırpıldı - Sərnişin öldü

!Reklam – Yazi

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, iyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişinlərdən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv