!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşın bazarında gözlənilən BAHALAŞMA DALĞASI: Qiymət artımına qarşı TƏKLİFLƏR

!Reklam – Yazi

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq edilən yeni məhdudiyyət yaşı 10 ildən az olan maşınların da bahalaşmasına gətirib çıxaracaq. Kredit şərtlərinin ağır olduğu bir dönəmdə vəziyyətdən çıxış yolunu avtomobil kreditləşməsindəki durumu dəyişməkdə görənlər də var. Lakin ekspertlər güzəştli kreditlərin veriləcəyini istisna edir.


Yenicag.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov müəyyən güzəştləri real saysa da, güzəştli kreditlərin mümkünsüz olacağını proqnozlaşdırır:

“Avtmobillərin qeydiyyatı zamanı əlavə ödənişlərin ləğvi, avtomobillərin gömrük qeydiyyatı zamanı müəyyən güzəştlərin olunmasından söhbət gedə bilər. Tutalım, 20 minlik avtomobili xaricdən Azərbaycana gətirəndə gömrük rüsumlarında azalmalar ola bilər. Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsi zamanı ciddi güzəştlər oluna bilər. Düzdür, bu güzəştlər var, amma bunun səviyyəsi artırıla bilər. Bunlar mümkündür. Amma güzəştli kreditlər mümkün deyil”.

İqtisadçı ekspert Əkrəm Həsənov isə real təkliflərin irəli sürülməsini mümkünsüz hesab edib:

“Əslində, bu məqamda hansısa real təklifin irəli sürülməsi mümkünsüzdür. Aydın məsələdir ki, yaşı 10 ildən aşağı olan maşınların da xaricdən gətirilməsi baha başa gəlir. Bu da özlüyündə yerli maşın bazarında bahalaşmanın qaçılmaz olacağını göstərir. Kreditləşmə zamanı faizlərin aşağı salınması, yaxud da güzəştli kreditlərin verilməsi mümkünsüzdür”.

Yaşı on ildən aşağı olan avtomobillərin məhdudiyyəti ilə bağlı qərarın əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Amma digər bir məqsəd də var ki, bu da, dolayısı ilə ölkədə maşın sayının azalmasına nail olmaqdan ibarətdir. Məhdudiyyət həm də ona görə qoyuldu ki, hər kəs avtomobil almaq imkanına malik olmasın. Paytaxtda tıxac probleminin qarşısı bu yolla alınsın. Hər halda arqumentlərin biri də budur. Amma inanmıram ki, bu da maşın alqı-satqısına o qədər də böyük ciddi təsir etsin. Azərbaycanda avtomobil alanların çoxu məhz avtomobilə ehtiyacı olduğu üçün almır. Çoxu buna prestij kimi baxır. Adam var, aldığı maşını heç istifadə də etmir, yaxud da edə bilmir”.

Cəvahir

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv