!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşında yatan sürücü CƏRİMƏLƏNDİ

!Reklam – Yazi

Yanacaqdoldurma məntəqəsinin çıxışında park edilmiş avtomobildə yatan sürücü cərimələnib.

Yenicag.az xəbər verir ki, hadisə Kocaelinin İzmit rayonunda qeydə alınıb.

Məlumata görə, H.Y. adlı şəxs, 34 GRB 766 nömrəli avtomobili yanacaqdoldurma məntəqəsinin çıxışında park edib və daha sonra maşında yuxuya gedib. Həmin vaxt yanacaq almağa gələn yük maşınları avtomobil səbəbindən geriyə manevr etməli olublar.

Yanacaqdoldurma məntəqəsi işçilərinin maşını silkələyib qışqıraraq sürücünü oyatmaq cəhdləri uğursuz alınıb. Hadisə yerinə polis qrupları sövq edilib.

Polisin uzun səyi nəticəsində H.Y. 3 saatdan sonra oyandırılıb. Sürücüyə qanuna uyğun olaraq 436 TL cərimə kəsilib. Sürücünün sərxoş olmadığı müəyyən edilib.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv