Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib.
Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.