!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşınların ÜSYANI: Nasaz robot Tesla mühəndisinə HÜCUM ETDİ - VİDEO

!Reklam – Yazi

Robot şirkətin Texasdakı zavodunda Tesla mühəndisinə hücum edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Britaniya nəşri “Daily Mail” yayıb. ABŞ-nin Texas ştatında qiqafabrikdə Tesla mühəndisinin robotun hücumuna məruz qaldığı məlum olub. Fövqəladə hal 2021-ci ildə baş verib, lakin bunu təsdiqləmək yalnız indi mümkün olub. Təzə tökmə alüminium avtomobil hissələrini tutmaq və hərəkət etdirmək üçün hazırlanmış robot insana hücum edib.

Robot digər iki nasaz Tesla robotunun proqram təminatının konfiqurasiyası ilə məşğul olan mühəndisi yerə sıxıb, sonra isə metal caynaqlarını işçinin kürəyinə və qoluna çırıb. İşçi açıq yara alıb və robot fabrikin ərazisini qana boyayıb. Hadisəyə iki nəfər işçi şahidlik edib.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreyada robot bir adamın üstünə keçib. Sensor nasaz olduğu üçün o, insanı tərəvəz qutusundan ayıra bilməyib.

Xuraman Etibarlı

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv