!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mask Prezident Baydeni ələ saldı - FOTO

!Reklam – Yazi

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.

Yenicag.az-ın məlumatına görə, “Twitter” sahibi bunu özünün sosial şəbəkə hesabından həyata keçirib.

Belə ki, Ağ Ev rəhbəri çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədəki uğurundan danışıb.

Mask isə bu çıxışa – “Hmm… banklar əriyir”, – deyə reaksiya verib. O, bu yolla ABŞ-də bir neçə kredit təşkilatının iflasına işarə edib.

Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan “Silikon Valley Bank”ın cəmi iki günə iflasa uğradığı məlum olub. Ardınca oxşar səhm portfelinə malik “Signature Bank” da bağlanıb.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv