!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mask-Zukerberq döyüşü canlı yayımlanacaq

!Reklam – Yazi

X sosial şəbəkəsi (keçmiş “Twitter”) İlon Mask və Mark Zukerberq arasında döyüşü canlı yayımlayacaq.

Yenicag.az xəbər verir ki, yayımdan əldə olunan gəlir xeyriyyə fonduna – müharibə veteranlarına sərf olunacaq.

İlon Mask bu barədə sosial şəbəkədə məlumat verib.

Xatırladaq ki, Mask və Zukerberq arasında döyüş milyarderlərin əsl qladiatorlar kimi döyüşə biləcəyi əfsanəvi Roma Kolizeyində baş tuta bilər. Ancaq qeyd etmək lazımdır ki, döyüşün ümumiyyətlə baş tutmayacağının müəyyən ehtimalı var. Zukerberq bu yaxınlarda döyüşün baş tutacağına şübhə etdiyini bildirib.

Maskın sözlərinə görə, o, döyüşdən əvvəl məşq edir və buna “ağırlıq qaldıraraq” hazırlaşır.

Xatırladaq ki, “Meta” P”roject 92″ kod adlı Twitter-ə rəqib proqramının işlənib hazırlanmasını elan etdikdən sonra Mask Zukerberqi rinqə çağırmışdı. Zukerberq çağırışı qəbul edib.

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv