!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mask Zukerberqdən “QORXUR”: İki milyarder arasında qəfəs döyüşü baş tutacaqmı?

!Reklam – Yazi

“Meta”nın qurucusu Mark Zukerberq “Tesla”nın qurucusu İlon Maskın onunla qəfəs döyüşünə çıxmaqda ciddi olmadığını deyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Teslan”nın qurucusu Zukerberqlə keçirəcəkləri döyüş tarixini təsdiqləmir və əməliyyata ehtiyacı olduğunu deyir.

İlon Mask iyunda “Qəfəs döyüşünə hazıram” deyə tvit atıb. Mark Zukerberq isə həmin tviti kopyalayaraq “Mənə döyüşəcəyimiz yeri göndər” cavabını verib.
Lakin Zukerberq bazar günü “Threads” sosial media platformasında bunları yazıb:

“Düşünürəm ki, biz hamımız razıyıq ki, İlon ciddi deyil və artıq hərəkət etmək vaxtıdır. Mən döyüş üçün real tarix təklif etmişəm. İlon tarixi təsdiqləmir, sonra əməliyyata ehtiyacı olduğunu deyir. İlon real görüş və rəsmi hadisə ilə bağlı ciddi fikirləşərsə, mənimlə necə əlaqə saxlayacağını bilir. Əks halda öz yoluma davam edəcəm və bütün diqqətimi bu idmana ciddi yanaşan insanlarla yarışmağa yönəldəcəm”.

Əvvəllər “Twitter” kimi tanınan “X” sosial media platformasının sahibi Mask döyüşün İtaliyada keçiriləcəyini təklif etdiyini bildirib. Döyüşün nə vaxt və harada keçiriləcəyini açıqlamayan İtaliyanın Mədəniyyət Naziri Gennaro Sanqiuliano isə bunun təkcə Romada keçirilməyəcəyini bildirib.

Qeyd edək ki, iki milyarder arasında düşmənçilik Mark Zukerberqin “Threads” adlı yeni platformanı istifadəyə verməsindən sonra başlayıb.

Sadiq Cavadov

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv