!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maska cərimələrinin ləğvi yenidən GÜNDƏMDƏ: "Bu, sahibkarlıq subyektləri üçün əlavə təzyiq yaradır" - Ekspert

!Reklam – Yazi

“Yaxşı olardı ki, maskadan istifadə qaydalarının pozulmasına görə sahibkarlara, ticarət və iaşə obyektlərinə, müxtəlif təşkilatlara yazılan cərimələr ləğv olunsun”.

Bu sözləri maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələr fonunda toplanan vəsaitin xərcləndiyi istiqamətləri dəyərləndirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sahibkarlara tətbiq olunan məlum cərimələrin ləğvinə ehtiyac var:

“İnzibati xətalarla bağlı yığılan büdcə iki formada xərclənir. Yığılan vəsait bəzən cərimə yazan orqanın büdcəsinə daxil olaraq müəyyən hissəsi daxili tələbatının ödənməsi istiqamətində istifadə olunur. Digər hissəsi isə dövlət büdcəsinə gəlir kimi əlavə olunur. Yaxşı olardı ki, maskadan istifadə qaydalarının pozulmasına görə sahibkarlara, ticarət və iaşə obyektlərinə, müxtəlif təşkilatlara yazılan cərimələr ləğv olunsun. Çünki bu cərimələr sahibkarlıq subyektləri üçün əlavə təzyiq yaradır. Bu isə onların inkişafına mənfi təsir göstərir. Nəticə etibarilə cərimələrin tətbiqi sahibkarlar üçün inzibati təzyiq növü hesab olunur. Əgər inzibati cərimələr ləğv olunarsa, sahibkarlığın və iqtisadiyyatın inkişafı istiqamətində müsbət hal ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv