!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maskalı şəxslər şirkətə basqın etdilər - BAKIDA

!Reklam – Yazi

Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar – P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv