!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maştağada tarixi memarlıq abidələri necə məhv edilir? – Jurnalistdən HƏYƏCAN TƏBİLİ - FOTOLAR

!Reklam – Yazi

“Virus mənbəyinə çevrilmiş bu abidə xəstəxananın yanında yerləşir – paradoks!”.

Yenicag.az xəbər verir ki, BakuCity.az saytının redaktoru Bəxtiyar Hacıyev sosial şəbəkədə “Qum hamamı”nın acınacaqlı vəziyyətini əks etdirən şəkillər paylaşıb.

Bəxtiyar Hacıyev öz paylaşımında Maştağada yerləşən və tarixi dəyəri olan hamamların mövcud vəziyyətinə münasibət bildirib:

“Utanıram nə olduğunu deməyə, amma deməliyəm. Maştağada XVII-XVIII əsrlərə aid hamamdır. “Qum hamamı” deyirlər. Böyük bir hissəsi torpağın altındadır. Zibilliyə çevrilib. Kimdir günahkar? Vətəndaş və işini görməyən məmur!

Maştağada 10-dan çox belə hamam olub. Səhv etmirəmsə, indi 3-ü qalıb. Bütün Abşeron kəndlərində bu formada hamamlar olub, var. 99 faizi bərbad gündədir. Maştağadakı isə dözülməzdir. Dəfələrlə yazılıb bu barədə. Heç kim görmür?

Daşı daş üstünə qoyanda 50 qurumdan qalstuklular gəlir, amma… Ətrafa zibil qabları qoymaq məsul şəxslərin ağlına gəlməyib? Təmizlik rəmzi olan hamamlar, özü də tarixi hamamlar niyə bu günə qalmalıdır?! Biz niyə öz tariximizə sahib çıxmırıq?! Mən nə qədər şikayət etməliyəm?!

Kim istəyir, gəlsin, baxsın. Nəzərə alın ki, burada nəinki koronavirus, koronavirusun əcdadına da yoluxmaq olar! Virus mənbəyinə çevrilmiş bu abidə xəstəxananın yanında yerləşir – paradoks!”.

Gülşən Şərif

www.yenicag.az

3418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv