!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

May ayında niyə toy etmək olmaz? – Batil inanc, yoxsa adətlərə ZİDD ƏNƏNƏ

!Reklam – Yazi

 

“Ailə qurmaq dinimizin bəyəndiyi, cəmiyyətin əsaslarını formalaşdıran ən mühüm müəssisə olduğundan, insanlarımız da bu dəyərimizi batil inancların alətinə çevirməməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların “may ayında toy etmək olmaz” kimi formalaşan fikirləri haqda danışan araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyib.

Onun sözlərinə görə, bəzi insanların “düşər-düşməzi olar” fikirlərinin dini baxımdan heç bir əsası yoxdur:

“Başımıza gələcəklərin nəyin xeyir, nəyin şər olduğunu Allahdan başqa kimsə bilməz. Bunu da Allah Qurani-Kərimdə bəyan edir. Bundan başqa, may ayında toy etməmək ənənəsi inanca dayanan məsələ deyil, Yaz ayları ərzaq ehtiyatlarının tükənməsi dövrü olduğu üçün insanlar bu ay toy etməkdən çəkiniblər. Bu gündən fərqli olaraq, tarixən mövsümi baxımdan may ayı qışa tədarük edilən ərzaqların tükəndiyi, yeni məhsulların isə hələ çıxmadığı üçün insanların bu ayda toy etməsi çətinləşib”, – deyə o bildirib.

Jurnalist qeyd edib ki, müasir zamanda artıq məhsulların tükənməsi anlayışı öz əhəmiyyətini itirdiyindən may ayında toy etmək heç bir çətinlik yaratmır:

“İnsanlar toy üçün ərzaq hazırlığını artıq özləri etmir, bu iş şadlıq evləri tərəfindən həyata keçirilir. Bu da may ayında toy etməmək kimi əndişəni aradan qaldırır. Bütün aylar Allahındır, may ayında da toy etməmək kimi batil inancı insanların şüurundan çıxarıb atmaq lazımdır. Ailə qurmaq dinimizin bəyəndiyi, cəmiyyətin əsaslarını formalaşdıran ən mühüm müəssisə olduğundan, insanlarımız da bu dəyərimizi batil inancların alətinə çevirməli deyil. Azərbaycanın ən qədim və ən gözəl adətlərindən biri toy adətləridir. Bunun da gerçəkləşməsi üçün may ayı heç bir qadağa yaratmır. Təki bu ailələr sağlam təməllər üzərində qurulsun və xoşbəxt yaşamağa vəsilə olsun”.

Mövzu barədə Yenicag.az-a açıqlama verən yazar İşıqlı Atalı deyib ki, “may ayında toy etməmək kimi fikirlərin ulusal adət-ənənələrimizə qətiyyən aidliyi yoxdur:

“May ayında toy etməmək kimi fikirlərin – son dövrlər xüsusilə “aktuallaşan”, “dəbləşən” qaydanın ulusal adət-ənənələrimizə qətiyyən aidliyi yoxdur. Bu “ənənənin” bəzi xarici ölkələrdən gəldiyini düşünənlər də, tarixən Azərbaycan mühitində formalaşmış müəyyən təsəvvürlərdən qaynaqlandığını iddia edənlər də var. “Mayda toy etməmək” adında inanclarda, ictimai təsəvvürdə xüsusi bir qadağa yoxdur. Təbii ki, müəyyən inanclara da rast gəlmək olar. Bu ayın “ağırlığı” ilə bağlı qənaətlərə baxaq: umumən Azərbaycan mühitində ta qədimdən – yaz aylarından başlayaraq, yayda da insanların əkin-biçinlə məşğul olması, payızda bəhrə götürməsi ilə bağlı toy hazırlıqları, toyun gerçəkləşməsi adətən payız aylarında başa gəlirdi. Qışlaqdan yaylağa köçənlər qayıtdıqdan sonra toylar adətən hamının iştirakı ilə həyata keçirilirdi. Ancaq bunu xüsusi normativləşdirmək də olmaz. Müəyyən toylar yaz aylarında da olub. Məsələn, şəhər mühitində yaşayanların belə bir qayğısı olmayıb. Bu baxışların formalaşması, insanların müəyyən fal tipli şeylərə inanması, düşünürəm ki, çağımız üçün ciddi mənəvi fəsadlara yol aça bilər”.

İ.Atalı əlavə edib ki, yaz aylarından olan mayın coşğunluğu təbiətdən gəlir. Bu ayda toy edilməsi fizioloji baxımdan insan orqanizminə uyğundur:

Azərbaycanda ailəçilik yönündə ciddi problemlərin – boşanma sayının artmasını nəzərə alsaq, belə bir “qadağanın” formalaşması, ictimai şüurda oturuşması sabahımız üçün qətiyyən yaxşı hal deyil. Yaz aylarından olan mayın coşğunluğu təbiətdən gəlir. Bu ayda toy edilməsi fizioloji baxımdan insan orqanizminə uyğundur. Yeri gəlmişkən, məncə, əsas məsələ bugünkü toy dəbdəbəsinin, həşirçiliyinin aradan qaldırılması üçün çalışmaq olmalıdır. İnsanlar borca düşür, illərlə ağır toy xərclərinin altından çıxa bilmirlər”.

İsmayıl Bakuvi

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv