Dünyanın ən böyük “fast-food” restoranlar şəbəkəsi olan “Mcdonalds”ın yeni inkişaf strategiyası təsdiq olunub.
Strategiyada korporasiya daxilində 4 bölmənin yaradılması nəzərdə tutulub. Bölmələrdən biri sırf ABŞ bazarı ilə işləyəcək. Digər bölmələr isə ABŞ-dan kənarda inkişaf etmiş, inkişaf etməkdə olan və yenicə formalaşan bazarları əhatə edəcək. Bundan başqa, yeni strategiyada optimallaşdırma tədbirləri də nəzərdə tutulub.
“Mcdonalds” ilin sonuna qədər 700 ticarət nöqtəsini bağlamaq niyyətindədir. 2014-cü ilin yekunlarına görə, şirkətin bütün dünya üzrə 36 min civarında restoranı olub. “Mcdonalds” bəyan edir ki, satış obyektləri artıq 2 ildir ki, planı yerinə yetirə bilmirlər. Bu ilin 1-ci rübündə isə restoranlar şəbəkəsinin gəliri 11%, xalis mənfəəti 33% azalıb.