Reklam

Reklam

93084_res_01Dünyanın ən böyük “fast-food” restoranlar şəbəkəsi olan “Mcdonalds”ın yeni inkişaf strategiyası təsdiq olunub.

Strategiyada korporasiya daxilində 4 bölmənin yaradılması nəzərdə tutulub. Bölmələrdən biri sırf ABŞ bazarı ilə işləyəcək. Digər bölmələr isə ABŞ-dan kənarda inkişaf etmiş, inkişaf etməkdə olan və yenicə formalaşan bazarları əhatə edəcək. Bundan başqa, yeni strategiyada optimallaşdırma tədbirləri də nəzərdə tutulub.

“Mcdonalds” ilin sonuna qədər 700 ticarət nöqtəsini bağlamaq niyyətindədir. 2014-cü ilin yekunlarına görə, şirkətin bütün dünya üzrə 36 min civarında restoranı olub. “Mcdonalds” bəyan edir ki, satış obyektləri artıq 2 ildir ki, planı yerinə yetirə bilmirlər. Bu ilin 1-ci rübündə isə restoranlar şəbəkəsinin gəliri 11%, xalis mənfəəti 33% azalıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."