!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sankt-Peterburqda MDB liderlərinin görüşü başladı - YENİLƏNDİ

!Reklam – Yazi

Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən görüşdə Azərbaycan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderləri iştirak edir.

***

10;28

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri bu gün Sankt-Peterburqda Yeni il qabağı qeyri-rəsmi sammit çərçivəsində görüşəcəklər.

Yenicag.az xəbər verir ki, sammit uzun illərdir ki, dekabrın sonunda görüşən dövlət başçıları arasında ənənəvi ünsiyyət formatıdır.

2024-cü ildə MDB-yə sədrlik Qırğızıstandan Rusiyaya keçəcək.

MDB hazırda 11 ölkədən ibarətdir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.

Putinin sözlərinə görə, de-fakto Moldova və Ukrayna uzun müddətdir ki, assosiasiyanın fəaliyyətində iştirak etmir. Moldova yaxın müddətdə MDB-dən çıxmağı planlaşdırır./unikal

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv