!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MDB ölkələrinin zirvə görüşündən GÖZLƏNTİLƏR: "Bir güllə ilə iki dovşan ovlamaq..." - ŞƏRH

!Reklam – Yazi

“MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Ermənistan arasındakı münaqişə ilə bağlı nəticə olacağını gözləyirəm”.

Bu sözləri dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşündə bir araya gələcəyinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli dekabrın 28-də baş tutacaq görüşü obrazlı dildə “bir güllə ilə iki dovşan ovlamağ”a bənzədib:

“Görüşdə MDB dövlətlərinin sammiti keçiriləcək. Əsas məsələ isə Azərbaycan Ermənistan arasındakı problemin müzakirə edilməsi və müəyyən qərarların alınası ilə müşayiət olunacaq.

Sammitdə Putinin moderatorluğu ilə Ermənistanın baş nazirinin başçılıq etdiyi, tərkibinə müdafiə və xarici işlər nazirinin daxil olduğu nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti görüşü də nəzərdə tutula bilər. Görüşdə nəticə ola biləcəyinə çox böyük ümid bəsləyirəm”.

Səxavət Məmməd

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv