Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məcburi köçkünlərin öz yurdlarına QAYTARILMASI: “Onlara müvəqqəti verilmiş evlərin geri alınması...” – Elnur Fərzəliyev

Reklam: High Technic

“Məcburi köçkünlərin öz torpaqlarına qayıtması minlərlə iş yerinin yaranmasına səbəb olacaq”.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında bildirib ki, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq.

Əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bu qayıdışın əmlak bazarındakı ümumi vəziyyətə mümkün təsirlərini dəyərləndirib.

Elnur Fərzəliyevin sözlərinə görə, sözügedən şəxslərin öz torpaqlarına qayıtması fonunda yataqxana və digər köhnə ictimai yerlərə sığınaraq yaşayanlar və dövlət tərəfindən məcburi köçkünlərə verilən evlər geri alınacaq. Lakin bu evlər satışa çıxarılmayacaq və qazilərə, şəhid ailələri, müharibə veteranlarına veriləcək:

“Bu evlərin satışa çıxarılmaması əmlak bazarına ciddi təsir etməyəcək. Qeyd edim ki, torpaqlarına geri qaytarılan şəxslər orada işlə təmin olunacaqlar. Yəni paytaxtda hansı dövlət işində çalışırdılarsa, orada da həmin sahə üzrə fəaliyyət göstərəcəklər.

Qarabağda turizm sektorunun inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması digər vətəndaşların da marağına səbəb olacaq. Bu maraq daşınmaz əmlak bazarına təsir etməklə yanaşı, paytaxtda da on minlərlə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Çünki istənilən sahədə çalışan məcburi köçkün öz torpağına qayıdanda, həmin iş yerində işçiyə ehtiyac yaranacaq”.

Ekspertin fikrincə, məcburi köçkünlərin geri qayıtması paytaxtda təhsil alan tələbələrin sosial vəziyyətinə də müsbət təsir edə bilər:

“Məlumdur ki, paytaxtda yaşayan məcburi köçkünlər daha çox tələbələr üçün tikilmiş yataqxanalarda məskunlaşıblar. Həmin yataqxanalar boşalandan sonra dövlət tərəfindən bərpa olunarsa, bu, tələbələrin ev problemini aradan qaldıracaq.

Eyni zamanda, bu gedişat tələbələr üçün olan kirayə bazarına da müsbət təsir edəcək. Tələbə artıq baha qiymətə ev axtarmayacaq və dövlətin balansında olan mənzildə qalacaq. Qeyd olunan yataqxanaların aqibəti hələlik məlum olmasa da, onların tələbələrin ixtiyarına verilməsi daha məqsədəuyğundur”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

431
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100