!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mədəni irsin qorunmasında cəmiyyətin rolu” - Şəkidə növbəti tədbir keçirildi

!Reklam – Yazi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihə çərçivəsində növbəti tədbirini avqustun 28-də Şəki şəhərində keçirib.

Yenicag.az xəbər verir ki, tədbiri DİNİB-in idarə heyətinin üzvü və layihənin eksperti Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd mədəni irs nümunələrimizə cəmiyyətin daha həssas yanaşaraq onların qorunması, öyrənilməsi və tanıdılmasında yaxından iştirak etmək və bütün bunları hər bir vətəndaşın özünə mənəvi vəzifə olaraq qəbul etməsini aşılamaqdır. İctimai Birliyin sədri qeyd edib ki, mədəni irsə malik olmaq hər bir xalqın toxunulmaz hüququdur. Ölkəmizdə mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri mədəni irsin qorunması və təbliği ilə bağlıdır. Son illər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə respublikamızda tarix və mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür, tarixi-mədəni abidələrə xüsusi diqqət və qayğı göstərilir.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin baş məsləhətçisi Tərxan Tahirli, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülarə Abdullayeva və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Bu abidələr xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Mədəni irsin qorunması siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması hər bir vətəndaşın tərbiyəsində önəmli yer tutur./Azərtac/

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv