!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət Nazirliyi jurnalist və yazıçıları "YOLDA QOYDU": Qurum hava şəraitini nəzərə almadı, insanlar çətin vəziyyətə düşdü

!Reklam – Yazi

Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist və yazıçı tədbirdən paytaxta dönərkən yolda qalıblar.

Yenicag.az xəbər verir ki, buna səbəb yağışın yağması nəticəsində torpaq yolun palçığa qərq olmasıdır.

Bununla bağlı sosial media hesablarında paylaşım edən jurnalistlərin sözlərinə görə, yolda uzun tıxac yaranıb və hərəkət etmək mümkün deyil.

Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan tədbirdə yaşananlar sözügedən qurumun hava şəraitini nəzərə almaması ilə bağlı tənqidləri də bərabərində gətirib.

Qeyd edək ki, festival keçirilən əraziyə getmək istəyənlər də çətinliklə üzləşib, tıxac səbəbindən saatlarla yolda gözləmək məcburiyyətində qalıblar.

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv