!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Media haqqında" qanun layihəsi: Cır səsli deputatların boş etirazına reaksiya - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Əslində Media ilə bağlı qanun layihəsində problem kimi təqdim edilən məqamların bir neçəsi ilə yaxından tanışam və hesab edirəm ki, bunlar vacibdir.

Bu gün “Media haqqında” qanun layihəsini qılıncla qarşılayanların xəbəri varmı ki, bizim fəaliyyətimizi 1992-ci ildə qəbul olunmuş, yeni dövrlə yaxından-uzaqdan əlaqəsi olmayan qanun tənzimləyir? Və ya xəbəriniz varmı ki, qanunda olmadığından faktiki olaraq ölkə mediasının əsas lokomotivi olan internet media KİV sayılmır?

Vahid kart dünyanın bir çox ölkəsində tətbiq olunur. Məsələn, Türkiyədə “sarı basın” kartının xüsusi imtiyazları var. Və bunu yazanda JEK-dən şikayətini belə jurnalistlərə anonim yazdırmaq istəyənlər deyəcək ki, jurnalist niyə imtiyazlı olmalıdır? Xəyallarımız Paris ola bilər, ancaq reklam bazarında bölgünün ədalətsiz olduğu Azərbaycanda yaşayırıq və bəzi gerçəkliklər “ha” deyən kimi düzəlmir və zamana ehtiyac var.

Və ya reyestrlə bağlı… Əvvəllər qəzetlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçmirdi? Əlbəttə, reyestr olmalıdır və vacibdir. Birimiz işçi ilə müqavilə bağlayır, vergisini ödəyir, ofis tutur, xəbər istehsal edir, digəri “copy-paste” ilə məşğul olur. Nə işçi ilə müqaviləsi, nə də yurdu-yuvası var. 10 dollara domain, 10 dollara da hostinq alıb, bilgi kirliliyi yaradırlar. Ən böyük çətinliklərdən biri də məhkəmələrdə yaşanır. KİV haqqında qanuna istinad edib-etməmək hakimin insafına qalıb.

O baxımdan, bəzi boş deputatların qanun layihəsi üzərindən artistlik etmələrinə qəti əhəmiyyət verməyin. Bir barmaq silkələnməsi ilə özlərini buraxanlardan nə öyrənəcəyimiz bir şey var, nə də əhəmiyyət verəcəyimiz. Əsas odur ki, Media haqqında qanun layihəsi təxminən bir ildən çoxdur ki, həm hazırlanır, həm müzakirə olunur, həm də əksər media qurumlarından təkliflər istənilib və ərsəyə gətirilib. Təbii ki, mükəmməl heç nə olmadığı kimi qanunlar da mükəmməl deyil və haqlı iradlar varsa, yəqin nəzərə alınacaq.

Və onu da yazmadan keçməyəcəm. Bu qədər qanuna diqqət edənlər ən son hansı qanun kitabçasını vərəqləyiblər? Və ya bu gün “bu qanunla media əldən gedəcək” deyənlər Ramiz Mehdiyevin xeyir-duası ilə mətbuatın axtalanma prossesi zamanı nə edirdilər? Neçəsi o qanunsuz mətbuatın qətlə yetirilmə prossesinə etiraz edib? Ramiz Mehdiyev ya Əli Həsənovu demirəm, Vüqar Səfərli adlı reket vəzifədəykən neçəsi o “indeyskiy” bığlı gədəyə etirazını bildirib?..

Bakı bir-birimizi tanımayacaq qədər böyük şəhər deyil, canlar…

Ona görə, hər birinizə isti Antalyadan qucaq dolusu salamlar göndərirəm…

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv