!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media islahatlarının gözlənilən NƏTİCƏLƏRİ: “Reyestrin tətbiq olunması ilə...”

!Reklam – Yazi

“Jurnalistika təhsili almayanların, ümumiyyətlə, maddi maraqlarını çirkin yollarla təmin etmək istəyənlərin bu peşədən uzaqlaşdırılması vacib idi”.

Bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi çoxşaxəli fəaliyyəti dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, MEDİA yeni çağırışlara, yeni baxışlara və dövrün tələblərinə uyğun olaraq yaradılan qurum kimi öz funksiyasını uğurla həyata keçirir:

“Bu, dövlətimiz və mətbuatımız adına çox müsbət və mütərəqqi addım idi. Qurumun, mediada keyfiyyətin yüksəldilməsinə yönəlik atdığı məqsədyönlü addımlar hər kəsə məlumdur.

Jurnalistika təhsili almayanların, ümumiyyətlə, maddi maraqlarını çirkin yollarla təmin etmək istəyənlərin bu peşədən uzaqlaşdırılması vacib idi. Fikrimcə, reyestrin yaradılması bu istiqamətdə Medianın İnkişafı Agentliyinin atdığı ən uğurlu addımlardan biri oldu.

İstər jurnalist, istərsə də qeyri-jurnalist, buna fərq qoymadan reketlə məşğul olan istənilən şəxs məsuliyyətə cəlb edilməlidir. Reketlər kimlərdir və arxalarında kim dayanır? Sadə formada desək, reketlik korrupsiyanın bir elementidir. Bu neqativ halın qarşısının alınması üçün yeganə yol qanunvericiliyin tətbiq olunmasıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv