!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MEDİA Könüllüləri” Proqramının 2021-2023-cü illər üzrə yekunlarına həsr olunmuş görüş keçirildi

!Reklam – Yazi

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA Könüllüləri” Proqramının 2021-2023-cü illər üzrə yekunlarına həsr olunmuş görüş keçirilib.

Agentlikdən Yenicag.az-a bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova proqramın üçillik fəaliyyəti, keçirilmiş təlim və tədbirlər, proqram çərçivəsində əldə edilən nailiyyətlər, statistik göstəricilərlə bağlı təqdimatla çıxış edib.

Sonra “MEDİA Könülləri” proqramı çərçivəsində 3 il müddətində təşkil edilən tədbirlərdən görüntülər, “Biz MEDİA könüllüləriyik” adlı videoçarxlar nümayiş olunub, xaricdə təhsil alan MEDİA könüllüləri Cavahir Ələkbərli, Simarə Nəsirova və Ruslan Ələsgərovun proqramla bağlı təəssüratlarının əks olunduğu videomüraciət dinlənilib.

Qeyd edək ki, “MEDİA Könüllüləri” Proqramının əsas missiyası medianın inkişafının gənclərin təşəbbüsləri əsasında təqdim olunan layihələrlə dəstəklənməsi, gənclərin bu sahədə maarifləndirilməsi və müvafiq prosesdə aktiv iştirakının təmin edilməsi, onların şəxsi və peşəkar inkişaflarına töhfə verilməsidir.

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv