!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MEDİA Könüllüləri” üçün növbəti peşəkar inkişaf təlimi keçirildi - FOTOLAR

!Reklam – Yazi

Sentyabrın 22-də Bakı Media Mərkəzində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən “MEDİA Könüllüləri” üçün növbəti peşəkar inkişaf təlimləri keçirilib.

Yenicag.az xəbər verir ki, ilk təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva “Uğurlu kommunikasiyanin qurulması: nitq mədəniyyəti” mövzusunda çıxış edib.

Səidə Şəfiyeva könüllülərə media sahəsində effektiv kommunikasiyanın qurulması, karyeranın artırılmasında natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan istifadə barədə danışıb.

Daha sonra tanınmış praktik psixoloq və pedaqoq Gülər Məmmədova tərəfindən könüllülərlə “Motivasiyanın əsasları, stressin və vaxtın idarəedilməsi” mövzusunda geniş müzakirə aparılıb. Təlim çərçivəsində Gülər Məmmədova könüllülərə insanın psixoportretinin peşə seçimindəki rolu, motivasiya mənbələri və onların peşə fəaliyyətinə təsiri, stressli situasiyalarda davranış qaydaları, habelə vaxtın səmərəli idarəedilməsi haqqında məlumat verib.

Təlimlər interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, könüllülərin ünvanladığı suatllar təlimçilər tərəfindən cavablandırılıb.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv