!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayır - Səfir

!Reklam – Yazi

Jurnalistika və KİV qardaş ölkələr olan Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Yenicag.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov Özbəkistanda Mətbuat və kütləvi informasiya vasitələri işçiləri gününə həsr olunmuş tədbirdə deyib.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bugünkü tədbirimiz dərin məna və əhəmiyyət daşıyır. Yəni biz ünsiyyətimiz üçün əlavə platforma yaradırıq ki, bu da dialoqumuzun davamlılığını təmin etmək baxımından vacibdir. Təəccüblü deyillər: “Mehribanlıq gözdədir”. İkiqat sevindirici haldır ki, bu hadisə tarixi əlamətdar bir dövrdə – təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qəhrəmanı olan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğu bir ildə baş verir.

Özbəkistanda hər il iyunun 27-də qeyd olunan KİV işçilərinin peşə bayramı Özbəkistan Respublikası Prezidentinin 1993-cü il 24 iyun tarixli “Mətbuat və KİV işçiləri gününün təsis edilməsi haqqında” Fərmanı ilə təsis edilmişdir. Bu il biz bu bayramın 30 illiyini geniş şəkildə qeyd edirik. Lakin əslində bu əlamətdar tarix kifayət qədər uzun tarixə malikdir. Belə ki, 1906-cı il iyunun 27-də Respublikamızın mətbuat tarixində parlaq iz qoyan ilk özbək dilində olan “Tərəqqi” (“Tərəqqi”) qəzetinin ilk nömrəsi işıq üzü gördü. Ona görə də əminliklə deyə bilərik ki, bu gün biz özbək mətbuatının anadan olmasının 117-ci ildönümünü qeyd edirik.

Qeyd etmək istəyirəm ki, Azərbaycanda olduğu kimi, bu gün Özbək mətbuatı Özbəkistanın dövlət siyasətinin təbliğində, mühüm hadisə və faktların, ölkəmizin həyatının bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatların yerli və beynəlxalq ictimaiyyətın məlumatlandırılmaslnda mühüm rol oynayır. Sevindirici haldır ki, Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin həyata keçirdiyi islahatlar və aşkarlıq siyasəti sayəsində son 6 ildə ölkəmizdə Özbəkistan Respublikasının Konstitusiyası ilə elan edilmiş söz azadlığı və vətəndaşların məlumat almaq hüququ prinsiplərinin həyata keçirilməsini, informasiya sahəsinin dinamik və sərbəst inkişafını təmin edən səmərəli qanunvericilik bazası formalaşdırılıb.

Bu gün Özbəkistanda ictimai, qeyri-dövlət qurum və strukturlarının informasiya sahəsində sərbəst fəaliyyətinin həyata keçirilməsi üçün lazımi təşkilati, hüquqi, texniki şərait yaradılmışdır. Eyni zamanda, dövlət tərəfindən azad və müstəqil KİV-in inkişafına, cəmiyyətdə məlumat azadlığına və fikir plüralizminə, informasiya məkanında rəqabət mühitinin formalaşdırılmasına dəstək təmin edilir, KİV-ə güzəşt və üstünlüklər verilir.

Eyni zamanda, Özbəkistanda qeyri-dövlət mediasına dəstəyin verilməsi üçün, onların maddi-texniki bazasını və kadr potensialını gücləndirmək üçün bir sıra ictimai təşkilatlar yaradılmişdır. Onların arasında Milli Kütləvi İnformasiya Vasitələrinə Dəstək və İnkişaf İctimai Fondunun fəaliyyətini xüsusi qeyd etmək olar.Statistikaya əsasən, bu gün Özbəkistanda 632 qəzet, 623 jurnal, 18 xəbər bülleteni nəşr olunur, 84 telekanal, 32 radio kanalı, 6 xəbər agentliyi, 745 inernet nəşrləri (veb-sayt), kütləvi informasiya vasitələrinin ümumi sayı isə 2140 təşkil edir.

Özbəkistan Respublikasının rəhbərliyi tərəfindən dövlət idarə və təşkilatlarının mətbuat xidmətləri vasitəsilə ictimaiyyətin vaxtında və obyektiv məlumatlandırılmasına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət orqanlarının və şirkətlərin bütün mətbuat xidmətlərinin rəhbərləri statuslarına görə nazir müavinləri ilə bərabərləşdirilir, mətbuat xidmətinin işçilərinin əməkhaqqının üstünə isə 50 faiz əlavə ödəniş verilir. Bütün dövlət strukturlarının ictimaiyyəti ilə səmərəli ünsiyyətin qurulması sayəsində Özbəkistan əhalisi maraq doğuran məlumatlara asan və vaxtında əldə etmək imkanına sahibdirlər.

Fürsətdən istifadə edərək qardaş Azərbaycanın mediaya dəstək sahəsində uğurlarını da qeyd etmək istəyirəm. Biz bu istiqamətdə aparılan mühüm islahatları, o cümlədən medianın inkişaf etdirilməsi və onlara hər cür dəstəyin verilməsi üçün nəzərdə tutulmuş “KİV haqqında” qanunun qəbulunu və Medianın İnkişafı Agentliyinin yaradılmasını alqışlayırıq. Azərbaycan rəhbərliyinin jurnalistlərin sosial dəstəyi ilə bağlı səyləri böyük təqdirə layiqdir. “Güzəştli mənzil” proqramı vasitəsilə jurnalistlərin mənzillə təmin olunmasını, eləcə də KİV-in İnkişafı Agentliyinin keçirdiyi müsabiqə seçimlərində qalib olan KİV-lərin inkişafına vəsaitin ayrılmasını nümunə olaraq qeyd edə bilərəm.

Mühüm hadisələri və faktları çox fəal və operativ işıqlandıran, xarici siyasətin təbliğində dövlət orqanlarına köməklik göstərən, biz diplomatlara isə bütün mühüm yeniliklərdən xəbərdar edən Azərbaycan jurnalistlərinin işindən çox təsirlənirik. Azərbaycan jurnalistlərinin öz canları bahasına öz işlərini gördükləri halları tarix xatırlayır.Bu münasibətlə ədalət, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Çingiz Mustafayevin, Məhərrəm İbrahimovun, Sirac Abışovun və başqalarının əziz xatirəsini ehtiramla yad etmək istəyirəm. Allah onlara rəhmət eləsin!
Biz əminik ki, jurnalistika və media dövlətlər arasında, bizim vəziyyətdə isə qardaş Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Siz jurnalistlərin sayəsində, özbək, azərbaycan ictimaiyyəti, ümumiyyətlə, beynəlxalq ictimaiyyət ölkələrimiz arasında münasibətlərin necə sürətlə inkişaf etdiyini, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin ötən il Özbəkistana üç səfərinin necə həyata keçirildiyi barədə, eləcə də cari il mart ayında necə yüksək səviyyədə Özbəkistan Prezidenti, hörmətli Şavkat Mirziyoyevin Azərbaycana səfəri baş tutduğu barədə məlumatlandırırlar. Ümidvaram ki, Özbəkistan və Azərbaycan arasında gələcəkdə baştutacaq bütün yüksək dərəcədə və ali səviyyədə əlaqələr eyni miqyaslıqla işıqlandırılacaqdır.

Cari il aprelin 30-da Özbəkistan Konstitusiyasının yenilənməsi ilə bağlı keçirilən ümumxalq səsverməni işıqlandıran azərbaycanlı jurnalistlərin əməyini ayrıca qeyd etmək istəyirəm. Əminəm ki, iyulun 9-da Özbəkistanda keçiriləcək prezident seçkilərinin işıqlandırılması eyni fəallıqla həyata keçiriləcəkdir.Bu siyasi hadisə nəyinki bizim üçün, çəkinməyərək deyə bilərəm ki bütün türk dünyası üçün də müstəsna əhəmiyyət kəsb edir, çünki seçkilərin nəticələri Özbəkistan dövlətinin daxili və xarici siyasətini müəyyən edəcək, respublika ilə Azərbaycanın xüsusi yer tutduğu xarici dövlətlər arasında əlaqələrin gələcək inkişafının zəmanətinə çevriləcəkdir.

Çıxışıma yekun vuraraq qeyd etmək istəyirəm ki, Özbəkistanın Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Günü bizim ümumi bayramımızdır, çünki jurnalistlərin fəaliyyətinin miqyası bir dövlətin hüdudlarından olduqca kənara çıxır və artıq qeyd etdiyim kimi , medianın işi dövlətlərarası əlaqələrin inkişafına töhfə verir. Ona görə də icazənizlə Özbəkistan və Azərbaycan arasında qardaşlıq əlaqələrinin inkişafına töhfə verən nəşrlərə və jurnalistlərə təşəkkür və yaddaqalan hədiyyələr təqdim etməyə başlamaq istəyirəm.

Bir daha bütün təltif olunanları təbrik edir, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıram. Açığını deyim ki, Azərbaycanın digər KİV-ləri, jurnalistləri də təşəkkürə və mükafatlanmağa layiqdirlər, ona görə də bugünkü tədbiri yaxşı ənənəyə çevirib, vaxtaşırı keçirməyi qərara aldıq. Əminəm ki, növbəti dəfə digər media nümayəndələrinin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfələri layiqincə təşviq ediləcəkdir.

İndi isə hamınızı süfrəyə dəvət edirəm və Özbəkistanla bağlı heç bir tədbirin keçmədiyi ləzzətli plovdan bəhrələnməyə təklif edirəm deyə B.Əşrəfxanov əlavə edib.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv