!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Media Reyestri təsadüfi adamların peşəkar jurnalistlərin arasına qarışmasının qarşısını alacaq” – REAKSİYA

!Reklam – Yazi

“Bəlli çevrələr Media Reyestri hələ praktikada tətbiq edilməzdən əvvəl onun “mənfi nəticələri”ndən danışmağa başlayıblar”.

Bu fikirləri prezident İlham Əliyevin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzaladıqdan sonra bu istiqamətdə gedən müzakirələrə münasibət bildirən media eksperti Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Media Reyestrinin praktik üstünlüklərini indidən görmək üçün bu qaydaya aid müddəaları diqqətlə oxumaq kifayətdir:

“Aydındır ki, Media Reyestrinin tətbiqinə başlanılmasına dair prezidentin sərəncamına yönəlik müəyyən reaksiyalar ümumilikdə media haqqında yeni qanunun qəbul olunmasından sonra müşahidə etdiyimiz neqativ yanaşmaların tərkib hissəsi və davamıdır.

Bildiyiniz kimi, bəlli çevrələr media haqqında qanunun layihəsinə və onun qəbul edilməsinə qarşı necə inkarçı və təftişçi mövqe tuturdularsa, indi də adını çəkdiyimiz qanundan irəli gələn bəzi məsələlərin, o cümlədən Media Reyestrinə qarşı da eyni mövqe sərgiləməkdədirlər.

Nümayiş etdirilən bu mövqelər əsaslı olduğu üçün yox, “nəyin bahasına olursa-olsun, media haqqında yeni qanunun, həmçinin Media Reyestrinin əleyhinə çıxmalıyıq” kimi bir prinsipə söykənir.

Bu çevrələr Media Reyestri hələ praktikada tətbiq edilməzdən əvvəl onun “mənfi nəticələri”ndən danışmağa başlayıblar. Əslində, Media Reyestrinin praktik üstünlüklərini indidən görmək üçün onunla bağlı müddəaları diqqətlə oxumaq kifayətdir.

Əgər Media Reyestri peşəkar medianın sərhədlərinin düzgün müəyyən olunmasına imkan yaradırsa, “reket, yaxud da mənəvi terror mediası” kimi təsnif edilən mətbuat fəaliyyətlərini bəri başdan çıxdaş edirsə, bunun nəyi pisdir?

Digər tərəfdən, hesab edirəm ki, sıravi jurnalistlər də Media Reyestrinə qarşı aparılan kampaniya fonunda passiv qalmamalıdırlar. Çünki Media Reyestri yuxarıda da qeyd olunduğu kimi, medianın sərhədlərini müəyyənləşdirməklə yanaşı, həm də təsadüfi adamların peşəkar jurnalistlərin arasına qarışmasının qarşısını almağa imkan verəcək”.

A.Zeynalov

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv