!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Reyestrinin tətbiqinin ÖNƏMİ: "Bu, jurnalistikanın inkişafında mənfi tendensiyaya səbəb ola bilməz"

!Reklam – Yazi

“Ciddi media mənsubları hansısa formada Media Reyestri məsələsində ortaya tənqidi mövqe qoymayıblar”.

Bu sözləri son günlər Media Reyestri ətrafında gedən müzakirələrin getdikcə aktuallaşmasına münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

“Media haqqında” yeni qanunun qəbul edilməsi çağdaş dövrün tələblərinə tam adekvat cavab verir. Çünki bu sahədə hüquqi tənzimlənmənin təmin edilməsi cəmiyyət tərəfindən də müzakirə olunurdu. İctimai rəyləri nəzərə alaraq dövlətin medianın inkişafı sahəsində göstərdiyi dəstək xüsusilə qiymətləndirilməlidir. Azərbaycanda jurnalistikanın inkişafında dövlətin ortaya qoyduğu mövqe təqdirəlayiqdir. Bu fonda Media Reyestrinin yaradılması xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Ona görə ki, Media Reyestri reket jurnalistika və eyni zamanda jurnalistikanı nüfuzdan salmağa çalışan, şəxsi maraqları üçün jurnalistika adından istifadə edən qüvvələrə qarşı mübarizədə böyük rol oynayır.

Media Reyestri heç bir formada jurnalistikanın inkişafında mənfi tendensiyaya səbəb ola bilməz. Reyestri və “Media haqqında” qanunu tənqid edənlərin obyektiv əsasları yoxdur. Sözügedən qanun Azərbaycan jurnalistinin mənafeyini və mövqeyini daha da yüksəldir. Qanun bu sahədə uzun müddətdir hökm sürən problemlərin aradan qaldırılmasına yol açır. Ciddi media mənsublarının hansısa formada Media Reyestri məsələsində ortaya tənqidi mövqe qoymadığını düşünürəm”.

Gülşən Şərif

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv