!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Reyestrinin üç illik staj tələbi: "Ali təhsil almasa da..." - Rəqsanə Kərimova açıqladı

!Reklam – Yazi

Media Reyestri ilə bağlı prosesə yanaşma birmənalı deyil. Bəziləri belə hesab edir ki, reyestrə düşəcək jurnalistlər üçün ali təhsil, üç illik staj, fəaliyyəti qabiliyyətsiz olma məsələsi, ağır və ya xüsusi ağır cinayətlərlə daha öncə məhkum olmama məsələsi kimi tələblər həddindən artıq ağır şərtlərdir.

Mövzu ilə bağlı Yenicag.az-ın sualını cavablandıran Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova bildirib ki, irəli sürülən tələbləri bir standart hesab etmək olar:

“”Media haqqında” qanuna əsasən, jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün bir sıra tələblər nəzərdə tutulub. Reyestrə daxil olan jurnalistlərə Media Agentliyi tərəfindən jurnalist vəsiqəsi təqdim olunacaq. Onlar qanundan irəli gələn bir sıra imtiyazlardan yararlana biləcəklər. Əslində, Media Reyestrinə daxil olacaq jurnalistlər üçün qoyulan tələblər bir standartdır. Qanunda ali təhsil tələbi qoyularkən, onun məhz jurnalistika ixtisasına sahib olması məhdudiyyəti qoyulmayıb. Yəni istənilən ixtisas üzrə ali təhsilə malik olan şəxslər digər tələbələrə də cavab verərsə, Media Reyestrinə müraciət edə biləcək. Üç illik staj tələbi isə jurnalistika sahəsində ali təhsil almasa da, qoyulan müddət ərzində şəxsin jurnalistika sahəsində peşəkarlaşmasını göstərir”.

Qeyd edək ki, 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.

Gülşən Şərif

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv