!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Media savadlılığında QHT-lərin rolu” layihəsinin ilk təlimi baş tutdu – FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin (İB) təşkilatçılığı ilə həyata keçirilən “Media savadlılığında QHT-lərin rolu” adlı layihənin icrasına başlanılıb.

Müxtəlif QHT-lərdə fəaliyyət göstərən 25 gənc layihənin açılış günündə öz fəaliyyətləri haqqında geniş məlumat verərək, layihə ilə bağlı gözləntilərindən danışıblar.

Açılış günündə gəncləri salamlayan təlimçi – ADA Universitetinin “Media və kommunikasiya” fakültəsinin müəllimi, Azərbaycan Dövlət Xəbər Agentliyinin ABŞ-dakı keçmiş təmsilçisi, media eksperti Şəfəq Mehraliyeva layihənin ilk təliminə başlayıb.

Təlim müddətində gənclərə QHT-lərin cəmiyyət üçün əhəmiyyətindən, ümumilikdə QHT-Media əlaqələrinin qurulmasnda optimal multimedia alətlərindən doğru istifadə qaydalarından, bu əlaqələrin sağlamlaşdırılması istiqamətində təmsilçinin atmalı olduğu ilkin addımlardan geniş bəhs edilərək görülməli işlər barəsində məlumat verilib.

Təlim müddətincə informasiyanın həyatımızda oynadığı roldan, informasiya vasitəsi ilə bizim və çevrəmizin necə manipulyasiya edildiyindən bəhs edilib.

İnteraktiv şəraitdə baş tutan təlimdə gənclər onları maraqlandıran sualları ekspertə ünvanlayıb cavablar alıblar.

Sonda Ş.Mehraliyeva gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edərək, onlarla birlikdə xatirə fotosu çəkdirib.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv