!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media üçün yeni HÜQUQİ DÖNƏM: “Tək bir məsələdə anlaşılmazlıq yarana bilər ki, o da...” – GÖZLƏNTİ

!Reklam – Yazi

“Digər vacib məsələ xaricdə fəaliyyət göstərən media orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün MEDİA-ya səlahiyyətlərin verilməsidir”.

Bu fikirləri prezident İlham Əliyevin ötən gün “Media haqqında” qanunu təsdiqləməsindən sonra mətbuatın fəaliyyətində baş verəcək mümkün dəyişiklikləri dəyərləndirən millət vəkili, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, qanun qəbul edilməsi medianın fəaliyyətinə ümumilikdə müsbət təsir göstərəcək:

“Prezidentin “Media haqqında” qanunu təsdiqləməsi həqiqətən mətbuatın fəaliyyətinin nizamlanması baxımından, çox mühüm addımdır. Hesab edirəm ki, qanunun tətbiqinə başlanılması öz müsbət təsirini göstərəcək.

Hesab edirəm ki, qanunun qüvvəyə minməsi ilk növbədə peşəkar jurnalistlərlə mediada bu ad altında saxtakarlıqla məşğul olanların bir-birindən fərqləndirilməsini təmin edəcək. Bildiyiniz kimi, yeni qanunda ümumi jurnalist vəsiqəsinin verilməsi nəzərdə tutulur. Dediyim fərqləndirmə də məhz bunun sayəsində öz həllini tapacaq. Yəni o vəsiqələr həm redaksiyalar, həm də MEDİA tərəfindən veriləcək.

Digər vacib məsələ xaricdə fəaliyyət göstərən media orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün MEDİA-ya səlahiyyətlərin verilməsidir. Məlumdur ki, xarici ölkələrdən yayımlanan media orqanlarının fəaliyyəti ilə bağlı müxtəlif suallar yaranırdı. İndi bu məsələnin həlli üçün də imkan yaranıb.

Yeni qanunun tətbiqi ilə əlaqədar sual doğuran məqamlardan biri də hər hansı tənqidi materialın, məlumatın yayılmasında yeni qaydaların tətbiqidir. Konkret desək, jurnalist bu ya başqa məmur haqqında məlumatı yayımlamaq istəyirsə, belə deyək, onun razılığını almalıdır. Əlbəttə ki, heç bir məmur özü barəsində tənqidi materialın yayımlanmasına razı olmaz. Ancaq mənə belə gəlir ki, zamanla bu məsələ də öz yoluna düşəcək”.

A.Zeynalov

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv