!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mediada təşviqatın aparılmasında heç kəsə üstünlük hüququ verilmir” – MSK üzvü

!Reklam – Yazi

“Təşviqat prosesində media subyektlərinin bərabərlik hüququ təmin olunmadan mətbuatda təşviqat işlərinin aparılması istisna edilir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK), Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkil etdiyi bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədəkı çıxışı zamanı MSK üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, seçki prosesində təşviqatın aparılmasında media subyektlərinin bərabərlik hüququ qorunmalıdır:

“Dünya praktikasında olduğu kimi, Azərbaycanda da təşviqat standartlara uyğun olaraq uyğunlaşdırılıb. Mediada təşviqat hansı qaydada aparılır? Ödənişli və ödənişsiz əsaslarla.

Təşviqat prosesində media subyektlərinin bərabərlik hüququ təmin olunmadan mətbuatda təşviqat işlərinin aparılması istisna edilir. Heç kəsə üstünlük hüququ verilmir”.

Nəsimi

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv