!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianews.az 11 il SİZİNLƏ

!Reklam – Yazi

Bu gün Medianews.az saytının 11 yaşı tamam olur.

23 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan “Medianews.az” hər zaman doğru və ciddi xəbərin, haqqı tapdalanan vətəndaşın, dövlətçiliyin və onun haqlı mövqeyinin yanında olub.

11 yaşına qədəm qoyan “Medianews.az” saytı reytinq xatirinə ucuz və bayağı xəbərlərə qarşı hər zaman barışmaz mövqedə olmaqla yanaşı, öz oxucu əhatəsinə görə yetərincə yüksək nəticələr göstərir. Ötən il öz yubileyində yeni dizayn və yeni funksionallıqla izləyicilərinin görüşünə gələn “Medianews.az”ın redaksiya heyəti daim yeniliklərin axtarışında və tətbiqindədir. İntihar, sıradan kriminal, məişət insidentləri ilə bağlı xəbərlər verməkdən qaçsaq da, auditoriyamız nəinki kiçilmədi, əksinə daha da artdı.

“Medianews.az” ölkədaxili məsələlərlə yanaşı, dünyada baş verən ictimai və siyasi, maraqlı xəbərləri istehsal edir. Saytda hərbi, siyasi, mədəniyyət, ədəbiyyat, idman xəbərləri, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, həmçinin, şəhid və qazilərimizin keçdiyi döyüş və həyat yolu, tanınmış yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar və xəbərlər yer alır.

Hazırda sayt 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanır. 2016-cı ildən Azərbaycan Mətbuat Şurasının üzvü, 2022-ci ildən MEDİA Agentliyinin tərəfdaşıdır.

 

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv