!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Medianews.az” saytının 10 yaşı tamam oldu - VİDEO

!Reklam – Yazi

Media məkanında fasiləsiz olaraq 10 il irəliləmək, hər gün yeni xəbər istehsal etmək heç də asan məsələ deyil. “Medianews.az” saytı bu baxımdan çox uzun bir yol qət edib.

Sayt Azərbaycanda, eləcə də dünyada baş verən ictimai və siyasi, maraqlı xəbərləri istehsal edir. Saytda hərbi, siyasi, mədəniyyət, ədəbiyyat, idman xəbərləri, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, həmçinin şəhid və qazilərimizin keçdiyi döyüş və həyat yolu, məşhur yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar və xəbərlər yer alır.

2022-ci ildə Medianın İnkişafı Agentliyinin “Onlayn media subyektlərinə dəstək” layihəsi üzrə müsabiqənin qalibi olan sayt yenilənərək yeni dizayn və formatda müasir standartlara və tələblərə uyğun, təkmilləşmiş üslubda oxuculara təqdim edilib.

Saytın təkcə görünüşündə yox, həmçinin funksionallığında da dəyişikliklər olunub. Bu dəyişiklikər sırasında yeni bölmələr və rubrikalar da öz yerini tutub.

Həmkarlarımızın özəl günündə yanlarında olmaq məqsədilə “Medianews”un redaksiyasında olduq, onların duyğu və düşüncələrini öyrəndik.

Saytın baş redaktoru Xəyalə Rəis “Medianews”un doğru və operativ xəbərin ünvanı olduğunu bildirdi, 10 illik yubileyin isə ermənilərin son təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın xatirəsinə ehtiram əlaməti olaraq qeyd edilməyəcəyini vurğuladı.

Redaksiyada olarkən diqqətimizi çəkən əsas məqam ondan ibarət oldu ki, sayt əməkdaşlarının böyük əksəriyyəti gənclərdən ibarətdir.

“Medianews”un əməkdaşı Turan Oruc 10 ilin bir media quruluşu üçün böyük zaman olduğunu bildirdi.

Jurnalistlər Aysel Şirinova və Ayşən Azadova isə media aləminə ilk addımlarını məhz “Medianews” ilə atdıqlarını qeyd etdilər.

Biz də “Yeni Çağ” Media Qrupu olaraq həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayır və fəaliyyətlərinin uzunmüddətli olmasını diləyirik.

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv