!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın İnkişafı Agentliyi müsabiqə elan edir! - FOTO

!Reklam – Yazi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bu barədə Yenicag.az-a MEDİA-dan bildirilib.

Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv