!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın İnkişafı Agentliyində MEDİA könüllüləri ilə görüş keçirildi

!Reklam – Yazi

Sentyabrın 15-də Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

MEDİA-dan Yenicag.az-a bildirilib ki, görüş zamanı Əhməd İsmayılov müasir informasiya şəraitində mütəxəssislərin hazırlanmasında media təhsilinin mühüm əhəmiyyət kəsb etdiyini, təcrübi biliklərin artırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda, ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədilə MEDİA könüllüləri proqramını həyata keçirir.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv