!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın seçki prosesində AKTİVLİYİ: “Mətbuat Şurasının üzvləri də işğaldan azad olunmuş ərazilərdə...”

!Reklam – Yazi

“Beynəlxalq Avrasiya Mətbuat Fondunun da seçki prosesində böyük zəhmətinin olduğuna şahidlik etdik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri media mənsublarının 7 fevral seçki prosesində iştirakını dəyərləndirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, ölkə jurnalistləri seçki prosesində xüsusi fəallıqları ilə seçiliblər:

“Əvvəla hamınızı təbrik etmək istəyirəm. Bildiyimiz kimi, fevralın 7-də Azərbaycanda tarixi gün yaşandı. Qürur duyuruq ki, bizim Mətbuat Şurasının üzvləri də işğaldan azad olunmuş ərazilərdə -Xankəndi, Şuşa, Füzuli və Xocalıda seçki prosesini yaxından izlədilər.

Eyni zamanda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun da prosesində böyük zəhmətinin olduğuna şahidlik etdik. Fürsətdən istifadə edərək seçki prosesində ən çox əməyi olan jurnalistlərin hamısına ürəkdən minnətdarlığımı bildirirəm. Həqiqətən, jurnalist əməyi hörmət və ehtirama layiqdir.

Mən uzun illərdir, Fondun Himayəçilər Şurasının üzvüyəm. Bu qurumda Xalq yazıçısı Çingiz Abdullayevlə birlikdə fəaliyyət göstəririk. Qürur duyuram ki, Azərbaycanda BMT-nin əməkdaşlıq etdiyi təşkilatlar sırasında Beynəlxalq Avrasiya Mətbuat Fondu da var.

Hesab edirəm ki, Fondun müşahidəçilik fəaliyyəti ilə bağlı açıqlanan hesabat etibarlıdır. İnanıram ki, dünyanın beynəlxalq qurumları da bu hesabata hörmətlə yanaşacaqlar”.

İsmayıl Bakuvi

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv